Bakıda qanunsuz tikintinin qarşısı alındı - VİDEO
15 may 2021 17:15 (UTC +04:00)

Bakıda qanunsuz tikintinin qarşısı alındı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. 

APA TV-nin xəbərinə görə, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xətai rayonu Yavər Səfərov ünvanında yerləşən, vətəndaşa məxsus birmərtəbəli fərdi yaşayış evinin qanunsuz olaraq tikinti-quraşdırma işlərinin aparılması müəyyən edilib.

Bakı şəhər Regional Tikinti Müfəttişliyinin rəisi Bəxtiyar Tağıyev deyir ki, qanunsuz tikinti FHN-nin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında aşkar edilib: “Əməkdaşlarımız əraziyə göndərilib. Hazırda ərazidə gördüyünüz qanunsuz tikinti ilə bağlı tərəfimizdən tədbirlər görülərək tikinti işləri dayandırılıb. Bayram günü olduğundan, sabahdan etibarən tikinti ilə bağlı zəruri tədbirlər görüləcək”.

Bəxtiyar Tağıyevin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinə tikinti ilə bağlı heç bir sənəd təqdim edilməyib: “Nə torpaq sənədi, nə digərləri. Bildiyiniz kimi, Bakı şəhərində bütün tikililərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verilir. Belə bir icazə yoxdur. Vətəndaş iddia edir ki, burda fərdi yaşayış evi tikir, buna baxmayaraq yaşayış evinin tikintisinə dair məlumatlandırma icraatı ilə bağlı heç bir sənəd təqdim edilməyib. Torpağa dair sənəd olmadığından tikintiyə yol verilə bilməz”.

FHN rəsmisi bayram günlərindən istifadə edib qanunsuz tikinti aparanların sayının artdığına da diqqət çəkib: “Bayram günlərində tikintiyə cəhdlər artır. Buna baxmayaraq tərəfimizdən dərhal müvafiq tədbirlər görülür. Hazırda gedən tikintinin də ətrafında hasar yoxdur. Ümumi istifadə yeridir. Tikintiyə bitişik çoxmənzilli yaşayış binası yerləşir. Tikintinin qarşısının alınmasında məqsəd həm də odur ki, digər sakinlərin də yaşayış hüququ pozulmasın”.

Hazırda ərazi nəzarətə götürülüb.

Bakıda qanunsuz tikintinin qarşısı alındı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5422

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15
Bulvarda kişi dənizə düşdü - VİDEO

Bulvarda kişi dənizə düşdü - VİDEO

13 iyun 2025 , 17:22
Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

13 iyun 2025 , 13:39
İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

13 iyun 2025 , 12:09