Gəncədə uşaqların təhqir olunduğu kadrların qeydə alındığı məktəbəqədər təhsil müəssisəsi özəl bağçadır.
Lent.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, sözügedən görüntülərin çəkildiyi müəssisə özəl fəaliyyət göstərir və idarənin tabeliyində deyil.
***
saat 17:46
Gəncədə uşaq bağçasında azyaşlılar təhqir olunub.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən məlum olur ki, azyaşlılara "təlim" keçən tərbiyəçi onlara əsəbiləşib və "tormoz", "monqol" kimi təhqiramiz ifadələr səsləndirib.
Lakin videonun hansı bağçada çəkildiyi bilinmir.