"Doktor Gülü” ilə bağlı iddialara Klinikadan CAVAB
06 may 2026 11:27 (UTC +04:00)

"Doktor Gülü” ilə bağlı iddialara Klinikadan CAVAB

0

Bakıda özünü “Dr. Gülü” kimi təqdim edən Gülbadə Abdullayeva haqqında yeni iddialar yayılıb.

Lent.az qafqazinfo-ya istinadla xəbər verir ki, yayılan məlumata görə, o, sirkə turşusu qəbul edərək intihara cəhd edib və hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır. 

Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, ötən gün saat 21 radələrində 35 yaşlı qadın halsızlıq və ürək bulanması şikayətləri ilə Mərkəzə hospitalizasiya olunub:

“Tibb müəssisəsinin müvafiq şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Bir müddət sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.

Qeyd edək ki, bir müddət əvvəl Gülbadə Abdullayevanın “Uğur-777” klinikasında etdiyi əməliyyat zamanı görüntüləri müzakirələrə səbəb olub. Onun tibbi fəaliyyət üçün tələb olunan lisenziya və diplom olmadan fəaliyyət göstərdiyi iddiaları edilib. Səhiyyə Nazirliyindən Gülbadə Abdullayeva ilə bağlı araşdırmadan sonra bildirilmişdi ki, həmin xanımın adı nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar