Pərvin Abıyeva, aktrisa
18 iyul 2021 13:04 (UTC +04:00)

Pərvin Abıyeva, aktrisa

“Kim deyirsə, əli əlimə dəyməyib, boş söhbətdir” Pərvin şantajdan danışdı-VİDEO

Azərbaycanlı aktrisa Pərvin Abıyeva keçmiş nişanlısı haqqında diqqət çəkən açıqlamalar verib.

Lent.az bildirir ki, o bu barədə ARB TV-nin “Onun Sirri” verilişində danışıb:

“Anam təkid etdi. Xəstə ruhlu insan idi. Yaşına qədər yalan danışmışdı. Bir gün onun yalanları üzə çıxandan sonra anam dedi ki, istəmirəm ailə qurasız. Bu dəfə də mən tərslik etdim. Dedim, ayrılmıram. Sonra qara günlərim başladı. Manyak idi. 3 il məni şantaj etdi. Qorxurdum ailəm onun dediklərinə inanar. Nevroz xəstəliyi tapdım. Travmalar yaşadım. Mən də nişanlılıq dövrünü keçmişəm. Kim deyirsə, əli əlimə dəyməyib, boş söhbətdir. Məni ailəmlə hədələyirdi, qorxurdum. İşə girdim. Özümə telefon aldım. Onun bilməyini istəmirdim. Yolda telefonla danışdığım yerdə gəlib telefonu əlimdən alıb qaçırdı. İş yerimə gəlib, şantaj edirdi. Qışqırırdım, özümü yerə çırpırdım. Evdəkilər işə gedirdi. Tək qalırdım. Səhər onlar işə gedəndən sonra gəlib ev telefonunu xəttini ayırırdı. Qapını üstümə bağlayıb gedirdi. Evdəkilər gəlməzdən əvvəl də gəlib açıb gediridi.  58 kilodan 47 kiloya düşdüm. Həkimə getdim. Nə müalicə etsəm xeyri olmurdu”.

Aktrisanın sözlərinə görə, nişanlısını onu atası ilə hədələyib:

“Məni atamla hədələyirdi. Qohumlarımla görüşürdü, iş yerimdə mənə böyük problemlər yaratdı. Bir dəfə bir qohumumuzun evinə getdi. Ona dedilər ki, bu qızı bir də narahat etsən, sənə ətək geyindirib şəhərdə gəzdirərik. Mənə dedi ki, daha səni narahat etməyəcəm. Həbsə düşdü. Sonradan bildik ki, başına oyun açdığı tək mən deyilmişəm. Rusiyada həbs həyatı yaşadı. Azərbaycana gəldi, evləndi. Bir gün onun xanımı məndən kömək istədi. Külqabı ilə başını yarmışdı. Ona dedim ki, sənin yaşadıqlarının hamısını yaşamışam. Polisə get, şikayət et. Mən sənin arxanda dayanaram. Amma qız bu qədər şeydən sonra onunla evləndi. Bir oğlu da var”.

Pərvinin sevgilisi onu şantaj etdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14292

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15
Bulvarda kişi dənizə düşdü - VİDEO

Bulvarda kişi dənizə düşdü - VİDEO

13 iyun 2025 , 17:22
Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

13 iyun 2025 , 13:39
İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

13 iyun 2025 , 12:09