Bu gün Prezident İlham Əliyev bununla bağlı Sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyevin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi, Əfqan Süleyman oğlu Cəlilovun isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilməsi barədə xəbər vermişdik.
Lent.az yeni sədr Əfqan Süleyman oğlu Cəlilovun qısa bioqrafiyasını təqdim edir:
Əfqan Cəlilov harada doğulub?
Əfqan Cəlilov 29 iyul 1978-ci ildə Bakı şəhərində anadan olub.
Əfqan Cəlilov harada təhsil alıb?
Əfqan Cəlilov 1995-ci ildə, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakultəsinə daxil olub. 1999-cu ildə bakalavr dərəcəsini alıb və həmin ildə magistraturaya daxil olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət və qiymətin əmələ gəlməsi” ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirib.
Əfqan Cəlilov hərbi xidmətdə olub?
2001-2002-ci illərdə Azərbaycan Milli Ordusundan həqiqi hərbi xidmətdə olub.
Əfqan Cəlilov bundan qabaq hansı vəzifələrdə çalışıb?
Əfqan Cəlilov 2002-2005-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının (həmin dövr Milli Bank) Bazar Əməliyyatları departamentində çalışıb.
2005-ci ilin iyulun 1-dən etibarən “AGBank” Açıq Səhmdar Cəmiyyətinin Metodologiya şöbəsinin rəisi vəzifəsində çalışıb.
1 oktyabr 2007-ci il tarixində “AGBank” ASC-də İnkişaf departamentinin direktoru vəzifəsinə təyin edilib.
8 aprel 2013-cü il tarixində “AGBank” ASC-də Maliyyə Nəzarəti üzrə Baş direktor vəzifəsinə təyin edilib.
1 avqust 2013-cü il tarixində “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
2016-cı ildə “AGBank” ASC-də İdarə Heyətinin sədri seçilib.
Əfqan Cəlilov son iş yeri hara olub?
Əfqan Cəlilov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib.