Boşandıqdan sonra sevgi axtaranların  DİQQƏTİNƏ
12 may 2023 13:14 (UTC +04:00)

Boşandıqdan sonra sevgi axtaranların DİQQƏTİNƏ

Boşandıqdan sonra qadınlar yeni əlaqə axtarmazdan əvvəl özünə hörmətini bərpa etməlidirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis Nolan yeni kişinin onun özünə hörmət problemini həll edəcəyi gözləntisindən qurtulmağı tövsiyə edib.

Hər şeydən əvvəl özünü sevmək lazımdır. Özünü yenidən tanımağı, daxili inamı bərpa etməyi və yalnız bundan sonra kişilərlə yenidən görüşməyə başlaya bilərsiniz. "Bu mənim növbəti həyat yoldaşım ola bilər" deyib düşünərək görüşə gedirsən. Bu düşüncə yanlışdır. 

Nolan tanışlığa əyləncə kimi baxmağı və ciddi bir şey olmadığı təqdirdə özünüzü günahlandırmamağı tövsiyə edib. O qeyd edib ki, özünə hörmət və onların istəklərini aydın başa düşmək daha uyğun tərəfdaş seçməyə kömək edir.

# 2733
avatar

Fidan İlqar

Oxşar yazılar