"Səni sevirəm" deyə bilməyənlər üçün 5 ALTERNATİV SÖZ
10 sentyabr 2021 19:29 (UTC +04:00)

"Səni sevirəm" deyə bilməyənlər üçün 5 ALTERNATİV SÖZ

"Səni sevirəm" demək bəzi insanlar üçün çətin ola bilər.

"Səni sevirəm" deyə bilməyənlərdən birisinizsə, o zaman gözünüz Lent.az-da olsun.

Hamımız üçün əhəmiyyətli olan "Səni sevirəm" ifadəsini bəzilərimiz üçün söyləmək çətin ola bilər. Bu iki sözü söyləməkdə çətinlik çəkirsinizsə, münasibətlərinizdə eyni təsiri verəcək 5 sözü təqdim edirik.

Bunu edə bilərsən

Bəzən onun, sadəcə sizin dəstəyinizə ehtiyacı ola bilər. “Sən bunu bacararsan” deməklə onun gücünü artırmış olacaqsınız. Bu sözlər onun üçün “səni sevirəm”ə bərabər olacaq.

Səninlə fəxr edirəm

Dünyada bu sözlərdən sonra yelkənləri aşağı endirməyəcək bir insan yoxdur. Bu sözlə, qarşındakı insanın içindəki kiçik uşağı ortaya çıxara bilərsiniz.

Çox gözəlsən

Münasibət boyu çoxlu təriflər eşidirik, amma “gözəlsən” sözü bütün bunların başında gəlir.

Səni təqdir edirəm

Təqdir olunmaq və təqdir etmək, yalnız bir münasibətdə deyil, insanın bütün həyatı boyu ən vacib şeylərdən biridir.

Səni dəstəkləyirəm

Bəzən dəstəyinizi hərəkətlərinizlə göstərmək əvəzinə sözlərlə gücləndirməlisiniz. Kömək edə biləcəyiniz bir şey olmasa belə, bunu söyləyin.

 

 

 

 

 

# 4860
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar