2026-cı ilin yayının ən dəbli rəngi  gözlənilmədən dəyişdi
23 iyun 2026 12:55 (UTC +04:00)

2026-cı ilin yayının ən dəbli rəngi gözlənilmədən dəyişdi

0

2026-cı ilin yay mövsümünün ən dəbli rəngi gözlənilmədən bənövşəyi oldu. Moda sahəsində fəaliyyət göstərən influenserlər arasında bu rəng sürətlə populyarlıq qazanmağa başlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, dərin və zəngin bənövşəyi çalar sosial şəbəkələrdə sürətlə yayılır və artıq bu yay mövsümünün əsas rəng trendlərindən biri hesab olunur.

Yayın yeni trendi dərin bənövşəyi

Hər yay moda mütəxəssisləri mövsümün əsas rəngini müəyyənləşdirirlər. 2024-cü ildə bu titul "Brat" mədəni fenomeni və müğənni Charli XCX-in təsiri ilə laym yaşılına məxsus idi. Ötən mövsüm isə qaymaqlı sarı və pudra çəhrayısı liderlik uğrunda mübarizə aparırdı və sonda qaymaqlı sarı üstünlük qazandı.

2026-cı ilin yayı yeni başlasa da, sosial şəbəkələrdə artıq tamamilə fərqli bir rəng ön plana çıxıb – zəngin və dərin bənövşəyi. Söhbət ötən payız dəbdə olan açıq lavanda tonundan deyil, daha dolğun, ifadəli və cəsarətli görünən tünd bənövşəyi çalardan gedir.

Trend necə yarandı?

Bu rəng ilk dəfə dizayner Kortni Qrounun Reformation brendi üçün hazırladığı kapsul kolleksiyasından sonra diqqət mərkəzinə düşüb. Kolleksiyada bənövşəyi rəng çantalarda, balet ayaqqabılarında və çimərlik geyimlərində istifadə olunub.

Bundan sonra həmin çalar sosial şəbəkələrdə moda həvəskarlarının paylaşımlarında geniş yer almağa başlayıb. Pastel və neytral tonların uzun müddət üstünlük təşkil etməsindən sonra dərin bənövşəyi yay obrazlarına yeni nəfəs gətirən rəng kimi qiymətləndirilir.

Bənövşəyi rəngi necə kombinasiya etmək olar?

Stilistlərin fikrincə, bu trendi gündəlik geyimə daxil etməyin ən asan yollarından biri bənövşəyi çimərlik geyimi seçməkdir.

Bu rəng sarı pareo və ya ağ krujevalı çimərlik örtüyü ilə uğurlu uyğunluq yaradır. Daha cəsarətli görünüş sevənlər isə bənövşəyi rəngi yaşıl kimi kontrast tonlarla birləşdirərək daha dinamik və çoxqatlı kombinlər yarada bilərlər.

Gündəlik geyimlərdə də ön plandadır

Dərin bənövşəyi artıq gündəlik geyimlərdə də geniş istifadə olunur. Mini ətəklər, şəffaf bluzlar, rəngli şalvarlar və köynəklər bu trendin əsas parçaları sırasında yer alır.

Moda mütəxəssisləri bu mövsüm zəngin rənglərlə eksperiment etməkdən çəkinməməyi tövsiyə edirlər. Monoxrom bənövşəyi kombinlər və gözlənilməz rəng uyğunluqları 2026-cı ilin yayının ən diqqətçəkən moda tendensiyalarından biri sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar