Şimali Osetiyada qanlı terror: 2 ölü, 6 yaralı
23 oktyabr 2012 10:42 (UTC +04:00)

Şimali Osetiyada qanlı terror: 2 ölü, 6 yaralı

Rusiyanın İnquşetiya respublikası ilə Şimali Osetiyayanın inzibati sərhədində yerləşən “Çermen” postunda güclü partlayış olub. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, partlayış İnquşetiya tərəfdən posta yaxınlaşan “Jiquli” markalı maşın posta yaxınlaşan kimi baş verib.
Məlumata görə, maşındakı şəxs “şəhid kəmərini” işə salıb. Nəticədə 2 nəfər həlak olub, 6 nəfər yaralanıb. Yaralananların vəziyyəti ağırdır.
# 808

Oxşar yazılar