Siqaret çəkən müəllimlər cərimələnir
24 oktyabr 2012 04:59 (UTC +04:00)

Siqaret çəkən müəllimlər cərimələnir

Yaponiyanın Osakada şəhərində məktəbi bağçasında dərsarası siqaret çəkən 5 müəllimin hər biri 500 min yen (6 min manata yaxın) məbləğində cərimələnib.

Lent.az-ın «Habertürk»ə istinadən məlumatına görə, şəhər rəhbərliyi saytında bildirib ki, bu cərimə Osaka Təhsil şöbəsi tərəfindən vətəndaşların şikayəti əsasında tətbiq edilib.

Mənbənin məlumatına əsasən, 2008-ci ildən təkcə şagirdlərə deyil, müəllimlərə və məktəb rəhbərliyinə siqaret çəkmək yasaqlanıb.
# 1265

Oxşar yazılar