“Barak Obama xristianlar üçün real təhlükədir”
03 noyabr 2012 13:53 (UTC +04:00)

“Barak Obama xristianlar üçün real təhlükədir”

ABŞ prezidentliyinə namizəd Mitt Romninin seçki qərargahı prezident Barak Obamanın xristianların dini azadlığı üçün real təhlükə olduğu barədə amerikalılara xəbərdarlıq edib. Lent.az-ın “The Huffington Post” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə xəbərdarlıq respublikaçı namizədin telefon zəngləri vasitəsi ilə yayılan reklamında yerləşdirilib.

Reklam müəllifləri seçicilərə Barak Obamanın 2008-ci ildə söylədiklərini xatırladıb. Həmin vaxt Barak Obama deyib ki, amerikalılar böhran zamanı silaha, ya da dinə sarılırlar. Mitt Romninin seçki qərargahı Barak Obamanın prezidentliyi dönəmində xristian təşkilatların sığortaya cəlb edilməsini də yada salır. Reklamda vurğulanır ki, Mitt Romni inamın və ailənin vacibliyini anlayır və buna görə də bir çox xristian cəmiyyətlərinin lideri respublikaçı namizədi dəstəkləyir.
# 1515

Oxşar yazılar