Yazıçı dövlət mükafatından imtina edib
03 noyabr 2012 22:15 (UTC +04:00)

Yazıçı dövlət mükafatından imtina edib

İspaniyanın tanınmış yazıçılarından Xaver Marias «Məşğuliyyət» romanına görə 20 min avroluq Milli Ədəbiyyat mükafatından imtina edib.

Lent.az-ın «Deyli teleqraf»-a istinadən məlumatına əsasən, o, münsiflər heyətinə təşəkkür edərək, bildirib ki, siyasət mədəniyyətə təsir etməməlidir.
Marias fikrini daha sonra belə izah edib:«Ömrüm boyu dövlətin idarəetmə institutları və hakmiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq, onunla münasibətdən qaçmışam. Mən dövlət xəzinəsindən bu mükafat qəbul etmirəm. Eləcə də bu davranışımın hansısa siyasi qüvvəni dəstəkləməyim kimi qəbul edilməməsini istəyirəm».

Xaver Marias İspaniyanın tanınmış filosofu Xulian Mariasın oğludur. O, Madriddə Komplutense Universitetinin ingilis dili filologiya fakültəsini bitirib.

Xaver Marias yalnız yazıçı deyil, o, eyni zamanda tərcüməçi v jurnalistdir.
# 1911

Oxşar yazılar