Ərdoğan Məsud Özili mühacirlərə örnək göstərib
03 noyabr 2012 23:20 (UTC +04:00)

Ərdoğan Məsud Özili mühacirlərə örnək göstərib

Türkiyənin baş naziri Rəcəb Taip Ərdoğan Almaniyada səfərdədir. O, Berlində rəsmi və mədəni tədbirlərə qatılıb.

Lent.az-ın Türkiyənnin «NTV» saytına istinadən məlumatına görə, görüşlərdə o, Almaniyadakı türk əsilli vətəndaşlara alman cəmiyyətinə inteqrasiyadan da danışıb.

Bu sahədə Almaniyanın futbol üzrə milli komandasının aparıcı oyunçusu Məsud Özili örnək göstərən R.T.Ərdoğan deyib:«Övladlarımızın, nəvələrimizin çox böyük uğurlara imza atacaqlarına inanıram. Onlardan biri Məsud Özildir. O, Almaniya milli komandasında Almaniya uğurunda mübarizə aparır. Bunu bir kompleksə düşmədən edir. Türkiyədən isə bu, çox fərqli bir duyğularla izlənir».

Baş nazirin göstərdiyi başqa bir örnək isə Türkiyənin Berlindəki səfiri Avni Karslıoğludur. Karslıoğlu Almaniyada doğulub, boya baş çatıb. R.T.Ərdoğan əlavə edib ki, Almaniyadan bir türk kökənli bir Almaniya vətəndaşının Türkiyədə səfir olaraq, fəaliyyət göstərməsini də istəyir.

Ərdoğan türkiyəli mühacirlərlə görüşündə Almaniyanın xarici işlər naziri Guido Vestervell də iştirak edib. O, da ölkəsi ilə Türkiyə arasındakı yaxşı münasibətlərdən danışaraq, çıxışını türkcə, «Yaşasın Türk-Alman dostluğu» şüarı ilə bitirib.
# 1481

Oxşar yazılar