2 yaşlı uşağın mədəsindən 64 ədəd kağız salfet çıxarılıb
24 dekabr 2009 17:30 (UTC +04:00)

2 yaşlı uşağın mədəsindən 64 ədəd kağız salfet çıxarılıb

0
Üçüncü cərrahiyyə əməliyyatına hazırlıq görülür

Dünən Braziliyada 2 yaşlı oğlanın üzərində keçirilən ikinci cərrahiyə əməliyyatı zamanı mədə və bağırsaqlarından 14 ədəd kağız salfet çıxarılıb.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, həkimlər uşağın üzərində 3 saat cərrahiyə əməliyyatı aparıblar.

Bundan əvvəlki cərrahi əməliyyat zamanı 2 yaşlı oğlanın mədə və bağırsaqlarından 50 kağız salfet çıxarılıb. Həmin salfetlərin bəzilərinin uzunluğu 5 santimetrdən böyükdür.

Gələn həftə uşağın üzərində üçüncü, sonuncu cərrahiyə əməliyyat keçiriləcək və qalan kağız salfetlər də çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1377

Oxşar yazılar