Türkiyə hökuməti ordunun səlahiyyətlərini ələ keçirir
0
0
Türkiyədə hakim partiya ilə ordu arasında münasibətlər ağır hərbi silahların idxalı məsələsinə görə gərginləşib.
Lent.az-ın Türkiyənin “Kanal D” televiziyasına istinadən verdiyi məlumata görə, hökumət bu il dekabrın 1-də parlamentə qanun layihəsi göndərib və layihə dekabrın 10-da müvafiq komissiyada müzakirəyə çıxarılıb.
Əgər bu layihə qəbul olunarsa, Sənaye və Ticarət Nazirliyi və Daxili İşlər Nazirliyi həm polis, həm də Milli Kəşfiyyat Təşkilatı üçün xaricdən ağır hərbi silahlar ala biləcək, bu zaman Silahlı Qüvvələrin Baş Qərargahında həmin silahların qeydiyyatı da aparılmayacaq. Mövcud qanunvericiliyə görə isə hərbi silahların idxalı Müdafiə Nazirliyinin icazəsiylə həyata keçirilir, bu silahların qeydiyyatı Silahlı Qüvvələrin Baş Qərargahında aparılır.
Baş Qərargahın parlament komissiyasına göndərdiyi məktubda yazılır ki, bu qanunun mülki məqsədlər üçün hazırlandığı bildirilsə də, hərbi silahların idxalını da əhatə edir. Ordu rəhbərliyi hesab edir ki, yeni qanun layihəsi qəbul edilərsə, hərbi silah və sursatların idxalına nəzarət bir mərkəz tərəfindən həyata keçirilməyəcək, bu proses nəzarətdən kənar qalacaq.
Ordunun narazılığına səbəb olan digər məqam silahdan istifadə ilə bağlı icazənin alınmasıdır. Layihədə qeyd olunur ki, silahdan istifadə üçün hərbçilər valilikdən icazə almalıdırlar. Baş Qərargah vurğulayıb ki, bu, xüsusən hərbi əməliyyatlar bölgəsində problemlər yaradacaq.

Oxşar yazılar

Bu şəxslərin ABŞ-a girişi qadağan edildi
6 sentyabr 2025 , 04:44
ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55
Vaşinqton rəhbərliyi Tramp administrasiyasını məhkəməyə verdi
5 sentyabr 2025 , 00:52
Əfqanıstanda güclü zəlzələ oldu
4 sentyabr 2025 , 21:44