Lieberman: “Mən varamsa, Türkiyə olmayacaq”
0
0
İsrailin dünya ölkələrindəki səfirlərinin Xarici İşlər Nazirliyində keçirilən toplantısında xarici işlər naziri Avigdor Lieberman diqqət çəkən bəyanatlar verib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, xarici işlər naziri Türkiyənin vasitəçiliyi ilə Suriya-İsrail danışıqlarının aparılmayacağını birmənalı bəyan edib.
Avigdor Lieberman deyib ki, o, xarici işlər naziri postunu tutduğu, “İsrail Evi” Partiyasının hökumətdə təmsil olunduğu dövrdə Türkiyənin vasitəçiliyi mümkünsüzdür: “Mən varamsa, Türkiyə olmayacaq. Müdafiə naziri Ehud Barakı, sənaye və ticarət naziri Binyamin Ben Eliezeri bü məsələni unutmağa çağırıram. Baş nazir Rəcəb Tayyib Ərdoğanın İsrail haqqında səsləndirdiyi sözlər vasitəçilik məsələsinə nöqtə qoyub”.
Xarici işlər naziri növbəti 10 ildə Fələstinlə sülh müqaviləsinin imzalanmasının da real olmadığını söyləyib: “Biz 1967-ci il sərhədlərinə qayıtsaq, Qüdsü yarı bölsək belə, müharibə davam edəcək, heç bir şey dəyişməyəcək. Fələstin liderləri sülhə hazır deyillər”.

Oxşar yazılar

Bu şəxslərin ABŞ-a girişi qadağan edildi
6 sentyabr 2025 , 04:44
ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55
Vaşinqton rəhbərliyi Tramp administrasiyasını məhkəməyə verdi
5 sentyabr 2025 , 00:52
Əfqanıstanda güclü zəlzələ oldu
4 sentyabr 2025 , 21:44