İranda keçmiş nazir müavininə 6 il həbs cəzası verdilər
0
0
Ötən həftə İran Ədliyyə Nazirliyinin təmsilçisi Seyid İbrahim Rəisi bildirmişdi ki, Aşura günü etiraz aksiyası keçirmişlərdən ikisi edam olunub, daha 9 nəfərin barəsində isə edam hökmü çıxarılıb. Onun sözlərinə görə, həmin şəxslər “hakimiyyətin devrilməsinə cəhddə, pozuculuq fəaliyyəti ilə məşğul olmaqda, habelə cəmiyyətdə nifaq salmaqda ittiham edilirlər”.
Bununla belə, ötən ilki prezident seçkisindən sonra bu siyasi kampaniyanın rəsmi nəticələrinə etiraz edənlərlə bağlı məhkəmə prosesi davam edir.
İslam Respublikası daxili işlər nazirinin keçmiş müavini Möhsün Əminzadə “hakimiyyətə qarşı çıxış etməkdə” günahlandırılaraq, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2009-cu ilin sonunda “islahatçı” adlanan xəttin tanınmış nümayəndəsi, Məhəmməd Xatəminin prezidentliyi dövründə prezidentin müavini olmuş Məhəmmədəli Əbtəhi və keçmiş sənaye naziri Behzad Nəbəvi, hökumətin keçmiş təmsilçisi Abdulla Ramazanzadə də bu müddətə azadlıqdan məhrum olunmuşdular.
Qeyd edək ki, ETTELAAT fars dilində gecə-gündüz yayımlanan “Fərda” radiosuu ilə əməkdaşlıqda günahlandırılan İranın 7 vətəndaşını həbs edib. İslam Respublikası Təhlükəsizlik Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatda vurğulanıb ki, tutulanlar Dubay və İstanbulda xüsusi kurslar keçib, İranda “məxməri inqilab” etmək üçün ABŞ kəşfiyyatı ilə əməkdaşlıq ediblər.
“Fərda” radiosunun rəhbəri Arman Mustofi bu ittihamları rədd edərək, deyib ki, onların İranda müxbiri yoxdur, eləcə də heç kimə Dubay və İstanbulda xüsusi kurs keçməyiblər. O, ETTELAAT-ın bəyanatını “əsassız və gülünc” sayıb.
Sədrəddin Soltan

Oxşar yazılar

Saxta ittihamla 27 il həbs yatan şəxs azadlığa buraxıldı
6 sentyabr 2025 , 08:46
SON DƏQİQƏ: Tramp bu ölkəyə zərbə endirməyə hazırlaşır
6 sentyabr 2025 , 06:53
Bu şəxslərin ABŞ-a girişi qadağan edildi
6 sentyabr 2025 , 04:44
ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55