Gürcüstanda Rusiyanın 4 casusu tutulub
Gürcüstanda casusluqda günahlandırılaraq saxlanılan 13 nəfərdən 4-ü Rusiya vətəndaşıdır. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər Gürcüstan Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinə alınan silah və texnika, o cümlədən güc strukturlarının rəhbərləri barədə məlumatlar toplayıblar.
Saxlananların bir neçəsinin də adı məlum olub. Bunların arasında Batumidə yaşayan erməni sahibkar Armen Qevorkyan və Batumidəki oteldə qulluqçu işləyən Ruben Şikoyan var.
Bu gün keçirilən mətbuat konfransında Gürcüstan Daxili İşlər Nazirliyinin təmsilçisi Şota Utiaşvili deyib ki, saxlananlar arasında gürcü hərbçiləri də var.
Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, ehtimal olunan casuslar barədə məlumata malik deyil.

Oxşar yazılar

"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38