Məşhur jurnalisti vəhşicəsinə döyüblər
Bu gecə Moskvada “Kommersant” qəzetinin məşhur müxbiri Oleq Kaşini naməlum şəxslər vəhşicəsinə döyüblər. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, o, Pyatnitsk küçəsindəki evinin yaxınlığında döyülüb.
Oleq Kaşin 36 saylı Moskva Şəhər Xəstəxanasına gətirilib. Onun hər iki çənə sümüyü, hər iki baldırı, barmaq sümükləri sınıb, beyni silkələnib. Jurnalistin üzərində cərrahi əməliyyat aparılıb. Jurnalist koma vəziyyətindədir, süni nəfəs aparatına qoşulub.
Qeyd edək ki, Oleq Kaşin ictimai-siyasi fəaliyyətlə məşğul olub, ölkənin ictimai-siyasi həyatı haqqında materiallar hazırlayıb, müxalifyönümlü gənclər hərəkatının fəaliyyətini işıqlandırıb. Jurnalist bir neçə kitabın da müəllifidir.

Oxşar yazılar

"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38