İstanbul boğazında gəmilərin hərəkəti yenə dayandırıldı
Noyabrın 6-da axşam saatlarından başlayaraq İstanbulu yenə duman bürüyüb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, görüntü məsafəsi 100 metrə qədər azalıb.
Noyabrın 6-da saat 18:20-dən gəmilərin İstanbul boğazından keçməsinə qadağa qoyulub. İstanbulun Anadolu və Avropa hissələrinə gəmi bərə və kiçik tutumlu gəmilərlə şəhər sakinlərinin daşınması da dayandırılıb.
İstanbuldakı hava limanları da təyyarələri qəbul etməkdə çətinlik çəkir. Təyyarələr İzmirə yönləndirilir.
Meteoroloqlar Mərmərə bölgəsi, o cümlədən İstanbulda bu gün günortadan sonra küləyin artması ilə dumanın azalmağa başlayacağını bildirirlər. Şərqi və Mərkəzi Anadoluda isə gələn həftə boyu dumanın müşahidə olunacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 5-də də qatı duman səbəbindən İstanbul boğazında gəmilərin hərəkəti dayandırılmışdı.

Oxşar yazılar

Jurnalist Fatih Altaylı saxlanıldı
21 iyun 2025 , 23:11
Çimərlikdən PUA tapıldı - Hardan gəldiyi bilinmir - FOTO
21 iyun 2025 , 19:57
Nəsrullahın mühafizəçisi Tehranda öldürüldü
21 iyun 2025 , 19:28
İran XİN rəhbəri təyyarəsinin havaya qalxması üçün İsraildən icazə alıb - KİV
21 iyun 2025 , 19:16
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
21 iyun 2025 , 17:29
“Amerikanın Səsi”nin 600-dən çox əməkdaşı işdən çıxarıldı
21 iyun 2025 , 16:57
Bəşər Əsədin əmisi oğlu həbs edildi
21 iyun 2025 , 14:54