20 milyard dollarlıq layihə suya düşdü
Türkiyənin Sinop rayonunda tikilməsi nəzərdə tutulan atom elektrik stansiyası (AES) ilə bağlı 8 aydır ki, davam edən müzakirələr uğursuzluqla yekunlaşıb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Seulda 20-lərin sammitinə qatılan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Cənubi Koreya prezienti Lee Myung Bak arasında dəyəri 20 milyard dollar olan AES layihəsi ilə bağlı görüş keçirilib.
Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız deyib ki, tərəflər bu məsələdə qərarlı olsalar da, bəzi şərtlərlə bağlı bu dəfə də razılığa gəlmək mümkün olmayıb: “Son görüşdə də bu nöqtələri aşa bilmədik. Bəzi yaxşı şərtlər irəli sürülüb, bunları da dəyərləndirəcəyik. Ancaq bundan sonra digər ölkələrlə də görüşməyə başlayacağıq. Çünki müzakirə dövrünün sürətlə başa çatması və tikintinin başlaması lazımdır”.
Taner Yıldız, Avropa, ABŞ və Yaponiyanın bu sahədə ixtisaslaşmış şirkətləri ilə danışıqlar aparılacağını söyləyib. İlk görüş Yaponiyanın “Toshiba” şirkəti ilə nəzərdə tutulur.

Oxşar yazılar

Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19