“Türkiyədən üzr istəməyəcəyik”
İsrailin baş naziri Binyamin Netanyahu “Mavi Mərmərə” basqınına görə Türkiyədən üzr istəmək niyyətində olmadıqlarını bildirib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, İsrailin baş naziri deyib ki, Türkiyə üzr tələb edir, ancaq onlar üzr istəmək istəmirlər.
Binyamin Netanyahu qeyd edib ki, İsrail hökuməti insan tələfatı və digər məsələlərə görə üzüntülərini bildirməyə hazırdır. O, İsrail dövlət televiziyasına verdiyi açıqlamada qanlı basqında iştirak edən əsgərlərini qorumaq istədiklərini dilə gətirib: “İsrail əsgərlərini və komandirlərini qorumaq birinci dərəcəli məsələdir. Əsgərlərimiz basqın zamanı hücum deyil, özlərini müdafiə məqsədli hərəkət ediblər. Bunun Türkiyə tərəfindən də qəbul edilməsini istəyirik”.
Baş nazir Türkiyə ilə fikir ayrılığını aradan qaldıracaq formul tapılması üçün səy göstərdiklərini də vurğulayıb. Binyamin Netanyahu qanlı basqında iştirak edən əsgərlərinin beynəlxalq cinayət məhkəmələrində mühakimə olunmalarını istəmədiklərini söyləyib.

Oxşar yazılar

Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24