Medvedev Putini pərt edib
Rusiya prezidenti Dmitri Medvedevlə baş nazir Vladimir Putin ilk dəfə kameralar qarşısında mübahisə edib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, etnik problemlərin müzakirə edildiyi Dövlət Şurasının iclasında çıxış edən Vladimir Putin SSRİ-nin müxtəlif etnik qrupların bir arada yaşamasının ən gözəl nümunəsi olduğunu söyləyib.
O deyib ki, Rusiya SSRİ-dən utanmaq yerinə bu təcrübədən istifadə etməlidir. Dekabrın 11-də Moskvanın Manej meydanında başlayan etnik toqquşmaları dəyərləndirən Vladimir Putin fanatlarla irqçi qrupların bir-birindən ayrılmasının vacib olduğunu vurğulayıb: “Sovetlər Birliyi dönəmində etnik qruplar arasında bu cür problemlər yox idi. Sovet hökuməti etnik qruplar arasında sülhü təmin etmişdi”. SSRİ-nin bunu sosializm ideologiyası çərçivəsində həyata keçirdiyini dilə gətirən baş nazir hesab edir ki, indi də sosializm əvəzinə Rusiya vətənsevərliyi düşüncəsi inkişaf etdirilə bilər.
Vladimir Putinin bu sözlərinə Dmitri Medvedev dərhal reaksiya verib. O, SSRİ təcrübəsini tənqid edib: “Sovet dövründə yaşananları yenidən təkrar edə bilərikmi? Hamımız realist və ağıllı adamlarıq, bilirik ki, bu, mümkün deyil. SSRİ ideologiyaya əsaslanan və olduqca sərt bir dövlət idi. Rusiya isə çox fərqlidir”. Dmitri Medvedev etnik problemlərin həlli ilə bağlı ABŞ təcrübəsinə işarə edib. Prezident ABŞ-ın 40 il əvvəl yaşadığı etnik toqquşmaları necə aradan qaldırmasının nümunə olduğunu vurğulayıb. O bildirib ki, Rusiya yeni yanaşmalar üçün səy göstərməlidir.

Oxşar yazılar

Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24