Türkiyədə alman diplomat bıçaqlanıb
Almaniyanın Türkiyədəki səfirliyinin hüquq müşaviri Tomas Eberhard Şultze və xanımı gecə saat 23:00 radələrində avtomobillə Ankarada Çetin Emeç bulvarından keçərkən təhlükəli avtomobil sürən bir sürücüyə xəbərdarlıq etmək üçün siqnal verib. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bundan sonra Tomas Eberhard Şultzeni avtomobillə təqib edən 3 nəfər Konya yolu istiqamətində bir yanacaqdoldurma məntəqəsində diplomatın avtomobilinin önünü kəsiblər.
Onlar Tomas Eberhard Şultzeyə bıçaqla zərbələr endiriblər. Ayağından və qarnından yaralanan diplomat qanlar içində yerə yıxılıb. O, yanacaqdoldurma məntəqəsinin işçilərinin çağırdığı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Polis yanacaqdoldurma məntəqəsinin müşahidə kamerasında görüntüsü olan cinayətkarların şəxsiyyətini müəyyənləşdirib və qısa müddət sonra Cihan T., Haydar K. və Emrah Y. yaxalanıblar. Diplomatın durumunun yaxşı olduğu bildirilir. Almaniyanın Türkiyədəki səfiri Eckart Cuntz cinayətkarları qısa müddətdə yaxalayan Ankara polisinə təşəkkür edib.

Oxşar yazılar

Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24