Dünyada balıqların kütləvi ölümü başladı
ABŞ-ın Merilend ştatındakı Çesapeak körfəzində 2 milyon ölü balıq aşkarlanıb. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, ştatın Təbiəti Mühafizə İdarəsi balıqların ölümünün təbii səbəb olduğunu ehtimal etdiklərini bildirib. Açıqlamada qeyd olunur ki, soyuq su və ölən balıqların yüksək artımı bunun səbəbi ola bilər.
Lakin yeni ilin ilk günlərində sadəcə ABŞ-ın Merilend ştatında deyil, dünyanın müxtəlif yerlərində bənzər təbii fəlakətlər baş verməkdədir. Məsələn, Braziliyada 100 ton sardalya, Yeni Zelandiyada yüzlərlə snapper növlü balıq ölü tapılıb. Yanvarın 6-da İngiltərənin Kent bölgəsində isə 40 min ölü xərçəngi su sahilə çıxarıb. Palm körfəz çimərliyini dolduran xərçənglərin dəyişən hava şərtləri səbəbindən öldüyü güman edilir.
Balıqların kütləvi ölümünün kütləvi quş ölümündən sonraya təsadüf etməsi də diqqət çəkir. Məsələn, dekabrın 31-dən yanvarın 1-ə keçən ABŞ-ın Arkanzas ştatında göydən yerə 5 minə qədər ölü quş düşüb. Bundan 2 gün sonra Luiziana ştatında 500 ölü quş aşkarlanıb. Yanvarın 5-də ABŞ-da deyil, İsveçin Fallköping şəhərində bir qəsəbə ətrafında çoxlu sayda ölü quş aşkarlanıb.
Qeyd edək ki, ABŞ-da 5 minə qədər quşun ölümünün səbəbi kimi fişəng atılması, buna görə də gecə quşların özlərini müxtəlif maneələrə vurduğu göstərilmişdi. Ancaq alimlərin bir qismi baş verən son olayların qlobal bir təbii fəlakətin, yaxud bioloji bir silahın sınaqdan çıxarılmasının nəticəsi olduğunu düşünürlər.

Oxşar yazılar

Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Əminə Ərdoğan başını prezidentin çiyninə qoyub ağladı
12 iyul 2025 , 17:00
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39