Müqtəda əs-Sədr iraqlıları ABŞ-a qarşı mübarizədə birləşməyə çağırdı
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Müqtəda əs-Sədr deyib ki, ABŞ, İsrail və Böyük Britaniya iraqlıların ümumi düşmənidir və bütün vətəndaşlar işğalçılara qarşı mübarizə aparmalıdırlar.
Müqtəda əs-Sədr onu da qeyd edib ki, mübarizə aparmaq mütləq güc yolundan istifadə etmək demək deyil.
Qeyd edək ki, bu, Müqtəda əs-Sədrin İraqa qayıtmasından sonra ilk bəyanatıdır. O, İrandan İraqa 2011-ci il yanvarın 5-də qayıdıb. Onun yaratdığı “Mehdi Ordusu” 2003-2008-ci illərdə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə qarşı aktiv silahlı mübarizə aparıb. Pentaqon 2006-cı ildə Müqtəda əs-Sədri İraqda stabillik üçün ən təhlükəli şəxslər sırasında göstərib. ABŞ onun tərəfdarlarını minlərlə sünni ərəbi öldürməkdə də günahlandırıb.
Müqtəda əs-Sədr 2007-ci ildə İrana gedib, 2008-ci ildə isə tərəfdarlarını silahı yerə qoymağa çağırıb. Baxmayaraq ki, şiə lideri ABŞ və koalisiya qüvvələrinə qarşı aktiv fəaliyyəti dayandırıb, “Mehdi Ordusu” buraxılmayıb və hələ də İraqda böyük təsir gücünə malikdir.

Oxşar yazılar

Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Əminə Ərdoğan başını prezidentin çiyninə qoyub ağladı
12 iyul 2025 , 17:00
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39