Şimali Afrika ölkələrində yoxsullar küçəyə çıxıblar
Tunisdə yoxsulluğa və işsizliyə etiraz məqsədilə keçirilən nümayişlərdə ölənlərin sayı 11-ə çatıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Tunisdə bir ay öncə başlayan gərginlik gedərək bütün ölkəni bürüyür.
Gənclər Əlcəzair sərhədi yaxınlığındakı Thala qəsəbəsində hökumət binalarına hücum ediblər. Polisin açdığı atəş nəticəsində iki nəfər ölüb. Digər iki qəsəbədəki toqquşmalarda da 9 nəfərin öldüyü bildirilir.
Şahidlər küçələrdə cəsədlər tapıldığını, onlarla insanın isə yaralandığını söyləyiblər. Toqquşmaların baş verdiyi qəsəbələrə əlavə hərbi qüvvələr göndərilib, ancaq gərginlik hələ də davam edir. Əlcəzairdə isə keçən həftə bahalaşmaya etiraz məqsədilə başlayan, sonra isə toqquşmalarla müşayiət olunan etirazlarda 2 nəfər ölüb, 400 nəfər yaralanıb. Əlcəzair hökuməti fövqəladə toplantı keçirərək ilk mərhələdə vergilərin azaldılmasını, şəkərə tətbiq olunan idxal vergisinin müvəqqəti olaraq təxirə salınmasını qərara alıb. Bu tədbirlər nəticəsində ərzaq qiymətlərinin 41 faiz ucuzlaşması gözlənilir.

Oxşar yazılar

İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39