Başına güllə dəydi – asqırdı, burnundan çıxdı...
Lent.az-ın “The Daily Telegrahp” qəzetinə istinadən verdiyi məlumata görə, Darko Sancermano adlı şəxs başına dəyən güllədən nəinki ölməyib, hətta onu burnundan çıxartmağı da bacarıb...
Darko Sancermano sevgilisi ilə bayramı qeyd etmək üçün Turindən Neapola yollanıb. Şəhərdə gəzinti zamanı qəfil onun gicgahına güllə dəyib. Ona güllə atan şəxs məlum deyil. Ehtmal olunur ki, turist qəsdən güllələnməyib, təsadüfən gülləyə tuş gəlib. Yaralı Darko Sancermano güclü qanaxma ilə xəstəxanaya gətirilib. Həkimləri gözləyən zaman Darko Sancermano asqırıb və bu zaman güllə sağ burun deşiyindən çıxıb. Nəticədə italiyalı ciddi xəsarət almayıb, ancaq onun gicgah sümüyü zədələnib, qəlpələr gözünə düşüb. Ona görə də Darko Sancermanonun üzərində cərrahi əməliyyat keçirilməsinə qərar verilib.
Cərrahi əməliyyatdan qısa müddət sonra Darko Sancermano yaşadığı Turinə yollanıb və burda onu növbəti cərrahi əməliyyat gözləyir. Bir neçə gün sonra onun gözündə cərrahi əməliyyat aparılacaq. Həkimlər bildiriblər ki, Darko Sancermano hazırda bir gözü ilə o qədər də yaxşı görmür, ancaq tədricən görmə qabiliyyəti bərpa olunur.

Oxşar yazılar

Rusiyada kişinin mədəsindən 27 alışqan çıxardılar-FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20