PKK terrorçuları toya hücum edib, bəyi öldürdülər
0
0
PKK terror təşkilatı dünən İran-Türkiyə sərhədində yerləşən Begale kəndində keçirilən toy mərasiminə hücum çəkib.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, kəndə xərac toplamağa gələn "Hogir" kod adlı terrorçunun başçılıq etdiyi dəstə Berivan K. və Emrah S.nin toy mərasimində müqavimətlə üzləşiblər.
Terrorçular əvvəlcə kənddə hər ev başına 1500 lirə xərac istəyiblər. Kəndlilər çətin şəraitdə yaşadıqlarını və bu pulu verə bilməyəcəklərini söyləyiblər. Terrorçular bir həftə sonra yenidən gələcəklərini və pul verməyənlərin uşaqlarını aparacaqlarını bildiriblər.
Mübahisə böyüyüb və terrorçular bəylə gəlini özləriylə aparmağa cəhd göstəriblər. Kəndlilər buna qarşı çıxıblar. Bəy Emrah S. çaxnaşma zamanı terrorçulardan birinin silahını əlindən alıb və dəstəyə başçılıq "Hogir" kod adlı terrorçunu və "Dijvar Muş" adlı terrorçunu öldürüb, bir terrorçunu da yaralayıb.
Atışma zamanı bəy özü də ölüb, 4 uşaq isə yaralanıb. Təhlükəsizlik qüvvələri qarşıdurmadan sonra qaçan terrorçuları ələ keçirmək üçün əməliyyata başlayıb.

Oxşar yazılar

ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55
Vaşinqton rəhbərliyi Tramp administrasiyasını məhkəməyə verdi
5 sentyabr 2025 , 00:52
Əfqanıstanda güclü zəlzələ oldu
4 sentyabr 2025 , 21:44
Rusiya XİN AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinə dair məlumat yaydı
4 sentyabr 2025 , 20:34