Britaniyalı ailə başçısı ukraynalı qadına görə ailəsindən keçdi -FOTO
25 may 2022 03:11 (UTC +04:00)

Britaniyalı ailə başçısı ukraynalı qadına görə ailəsindən keçdi -FOTO

Britaniyada baş vermiş hadisə ölkə mediasının diqqətindədir.

Lent.az-ın xəbərinə görə, ailə Ukraynadan gəlmiş 22 yaşlı qızı evlərində saxlamağa qərar verib və həngamə bundan sonra qopub.

Qız gələndən sonra 30 yaşlı ailə başçısı ilə eşq macərası başlayıb və kişi 10 illik həyat yoldaşını ataraq gənc ukraynalı ilə yaşamağa qərar verib. 

Qəzetlərə müsahibəsində britaniyalı qadın bildirib ki, hələ də ərinin davranışını başa düşə bilmir. Ər də öz növbəsində indiyədək heç kimi belə sevmədiyini idddia edir.

Nəhayət bir neçə günlük dava-dalaşdan sonra, ər konkret qərarını verib: o, yaşamaq üçün gözəl Sofiyanı da götürüb atasıgilə yollanıb.

Bu yerdə farsların müdrik kəlamı yada düşür: ağıl hər şeyin məzhəbini bilsə də, eşqin məzhəbini bilmir. 

# 2739
avatar

Oxşar yazılar