Kabil hava limanında partlayış zamanı 60 nəfər ölüb - YENİLƏNİB
26 avqust 2021 22:41 (UTC +04:00)

Kabil hava limanında partlayış zamanı 60 nəfər ölüb - YENİLƏNİB

Kabul hava limanında baş verən partlayışlar nəticəsində 60 nəfər ölüb, 140 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə BBC Əfqanıstanın yüksək vəzifəli səhiyyə işçisinə istinadən məlumat yayıb.

***

21:17

Kabul hava limanı yaxınlığında baş verən partlayışlar nəticəsində azı 40 nəfər ölüb, təxminən 120 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə "The New York Times" qəzetinin Əfqanıstandakı jurnalisti Fahim Abed “Twitter” səhifəsində məlumat yayıb.

O, yaralıların təxminən 60%-nin ağır vəziyyətdə olduğunu qeyd edib.
 

***

20:11

Kabil hava limanında baş vermiş partlayış nəticəsində yaralıların sayı 50-ni ötüb.

APA xəbər verir ki, bu barədə "Taliban" sözçüsü Zabiullah Mücahid bildirib.

Onun sözlərinə görə hava limanında 2 partlayış olub.

Qeyd edək ki, "Əl-Cəzirə" telekanalı yerli xəstəxanadakı mənbəyə istinadən məlumat yayıb ki, partlayışlar zamanı ən azı 70 nəfər xəsarət alıb.

***

18:35

Əfqanıstanın Kabil Hava Limanı yaxınlığında partlayış olub.

Lent.az-ın məlumatına görə, bunu Pentaqonun sözçüsü Con Kirbi öz şəxsi “Twitter” hesabında paylaşıb.

İlkin məlumata görə, partlayış intihar hücumu nəticəsində baş verib. Nəticədə 2 nəfərin öldüyü, 15 nəfərin isə yaralandığı bildirilib. 

"Taliban" üzvlərindən biri isə bildirib ki, partlayışda 13 nəfər ölüb.

Qeyd edək ki, ölənlərin əksəriyyətinin əcnəbilər olduğu bildirilir.   

Sevinc Fərid

# 4656
avatar

Oxşar yazılar