[b]Stadionda "Kosovo" döyüşü  [/b]
15 oktyabr 2014 10:58 (UTC +04:00)

[b]Stadionda "Kosovo" döyüşü [/b]

 AVRO-2016-nın seçmə mərhələsində üz-üzə gələn Serbiya – Albaniya matçı yarımçıq dayandırılıb.  Apasport.az-ın verdiyi xəbərə görə, Belqrad şəhərində Bakı vaxtı ilə 23:45-əd start verən görüş 41 dəqiqə oynanılıb.
 
Buna səbəb isə stadiona toplaşan azarkeşlərin davranışı olub.
 
Belə ki, UEFA-nın da ən təhlükəli oyunu adlandırdığı qarşılaşmanın ilk yarısının sonunda rəqib komandanın fanatları helikopterlə ölkələrinin bayrağını meydana endiriblər. Daha sonra ev sahiblərinin futbolçusu bayrağı qopartmağa çalışıb. Bu zaman alban və serb oyunçuları arasında gərgin anlar yaşanıb. Serbiyalı fanatlar isə meydana yanan maddələr ataraq, Albaniyadan olan futbolçuları döyməyə çalışıb. 
 
Buna görə də görüşün İngiltərədən olan baş hakimi Martin Atkinson matçı dayandırıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1946

Oxşar yazılar