Partiyadaşları Tarqamadzenin yerini bilmir
21 fevral 2013 22:42 (UTC +04:00)

Partiyadaşları Tarqamadzenin yerini bilmir

Gürcüstan Milli Birlik hərəkatının yaydığı xəbərə əsasən, Givi Tarqamadza ölkədə yoxdur.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, partiyadaşları onun yerləşdiyi yer haqqında məlumatsız olduqlarını bildirib.

 

Fevralın 21-də Moskvanın Basman məhkəməsi onun qiyabi tutulması ilə bağlı qərar çıxarıb. G.Tarqamadze Rusiyada kütləvi iğtişaş hazırlamaqda ittiham olunur.

 

Moskva polisi bildirib ki, məhkəmədən uyğun sənəd alan kimi onun barəsində beynəlxalq axtarış elan edəcəklər.

 

Onu da xatırladaq ki, ötən həftə Gürcüstan hakimiyyəti Tarqamadzeni Rusiyaya təhvil vermək niyyətində olmadıqlarını bildirmişdi.

# 448
avatar

Oxşar yazılar