Bu əşyalar qismət bağlayır – Evinizdə əsla saxlamayın
04 sentyabr 2025 19:39 (UTC +04:00)

Bu əşyalar qismət bağlayır – Evinizdə əsla saxlamayın

0

Evimiz yalnız yaşayış məkanı deyil, həm də enerjimizin qidalandığı və rahatlığımızın formalaşdığı yerdir.Amma fərqində olmadan bəzi əşyalar mənfi enerji toplayaraq qismətimizi bağlaya, evdəki bərəkəti əngəlləyə bilər. Xüsusilə spiritüal baxış bucaqları və feng shui kimi qədim təlimlər, müəyyən əşyaların evdə saxlanmasının bolluq və şansa mənfi təsir göstərdiyini vurğulayır.

Lent.az bu əşyaları təqdim edir:

Evdə əsla saxlamayın bu əşyalar qisməti bağlayır, bərəkəti əngəlləyir Əgər son zamanlarda evinizdə narahatlıq, keçib getməyən durğunluq və ya davamlı bəxtsizlik hissi varsa, bəlkə də səbəb bu əşyalar ola bilər. Budur evinizdə saxlamamalı olduğunuz, enerjini aşağı salan və bolluq qapılarını bağlayan əşyalar:

Qırıq və çatlaq əşyalar

Qırılmış boşqablar, çatlamış stəkanlar, ucu sınmış bəzək əşyaları. Bunlar yalnız estetik baxımdan deyil, enerjisel olaraq da evdə disbalans yaradır. Feng Shui-yə görə, qırıq əşyalar evdəki “yaşam enerjisini” kəsir. Qırıq obyektlər keçmişdən gələn mənfi enerjiləri də üzərində daşıya bilər. Buna görə istifadə olunmasa belə, sınmış və ya zədələnmiş əşyalardan ayrılmaq lazımdır.

İşləməyən saatlar

Dayanmış və ya işləməyən saatlar zamanı təmsil etdiyi üçün həyatda “irəliləməyən” və ya “tıxanmış” enerjilərə işarə edir. Evdə işləməyən saat bərəkətin və şansın axışını kəsə bilər. Əgər təmir edilə bilmirsə, belə saatı evdən uzaqlaşdırmaq ən doğru addımdır. Əqrəb və yelqovan dönmürsə, siz də həyatınızda yerinizdə sayırsınız deməkdir.

Kimə aid olduğu bilinməyən köhnə əşyalar

Antik və ya ikinci əl əşya həvəskarları diqqətli olmalıdır! Xüsusilə mənşəyi bəlli olmayan obyektlər köhnə güzgülər, stullar, zinət əşyaları əvvəlki sahibindən qalan enerjiləri daşıya bilər. Bəzi inanclara görə, bu əşyalar pis xatirələrlə birlikdə mənfi titrəyişləri də özündə saxlayır. Əgər mütləq qorunacaqsa, enerji təmizliyi (tütsü, adaçayı, duzlu su və s.) aparılmalıdır.

Solmuş və qurumuş bitkilər

Evdə təbiilik və canlılıq istəyənlər üçün bitkilər vacibdir. Amma qurumuş, solmuş və ya baxımsız çiçəklər evdə mənfi enerji yayır. Bu bitkilər bolluğu deyil, durğunluğu simvolizə edir. Canlı bitkilər evin enerjisini yüksəldir, qurumuşlar isə əksinə təsir göstərir. Belə bitkilərlə dərhal vidalaşmaq lazımdır.

Qapı qarşısında toplanan köhnə ayaqqabılar

Giriş qapısı evə daxil olan enerjinin ilk təmas nöqtəsidir. Buna görə də qapı önü dağınıq və ya bağlı olmamalıdır. Xüsusilə istifadə olunmayan, köhnə və köhnəlmiş ayaqqabılar həm vizual, həm də enerjisel olaraq mənfi təsir bağışlayır. Qapı önünü səliqəli və açıq saxlamaq, evinizə daxil olan bərəkətin axışını asanlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 446

Oxşar yazılar