Bu qeyri-adi ev  zibildən   tikilib
19 noyabr 2023 12:14 (UTC +04:00)

Bu qeyri-adi ev zibildən tikilib

Çuvaşiyanın Pervomayski qəsəbəsinin sakini özünə zibildən ev tikib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 76 yaşlı Boris Georgiyeviç 1990-cı illərin əvvəllərindən özü tikdiyi evdə yaşayır. Binaya kiçik çayın üzərindən keçən körpü ilə getmək olur, onu da evin sahibi tikib və “Borisovski” adlandırıb. 

Üç mərtəbəli binanın özü yalnız qismən şüşəlidir. İçərisində divar kağızı və ya heç bir dekorasiya, əlavə olaraq orada işıq və su da yoxdur. Jurnalistlər ev sahibinin necə yuyunduğunu öyrənə bilməsələr də, onun işıqlandırma üçün fənərlərdən istifadə etdiyini öyrəniblər. Qeyri-adi evin sahibi bildirib ki, o, indi pişiklə yaşayır, lakin əvvəllər onun bağında bir “avara” yaşayırmış.

“Evi özüm tikmişəm. Yalan deməyəcəyəm, sement və keramika bloklarından başqa, tikinti materiallarından istifadə etmişəm. Evin hər yeri qranitlə örtülməyib, bitirmək lazımdır. Mən də bütün sütunları ağ boya ilə çəkmək istəyirəm, birini çəkmişəm, daha üçü lazımdır. Üst mərtəbədəki dairəvi eyvanı də bitirəcəm”, - təqaüdçü planlarını bölüşüb.
 
Məlum olub ki, həmin şəxs zibildən tikilmiş evə köçməzdən əvvəl hərbi xidmətdə olub, ağac kəsmə texnoloqu işləyib, sonra isə evini itirib. O, heç vaxt evlənməyib, ancaq qonşu rayonda yaşayan qeyri-qanuni oğlu olduğunu iddia edir.

“Texnikumdan sonra Ulyanovsk vilayətində əvvəlcə qəbulçu, sonra usta işlədim. Ordudan sonra (raket qoşunlarında xidmət etdim) strateji raketlərə xidmət etmək üçün Orenburq vilayətinə göndərildim. İşimə görə bura gəldim - ağac kəsən usta işləyirdim. Necə oldu ki, evsiz qaldım? Mən valideynlərimin problemli uşağı olmuşaml. Kiçik qardaşım evi götürdü, yaxşı ev idi - qaz çəkildi. Qaz bütün qışı yanır və orada heç kim yaşamır. Mən isə mənzilsiz qaldım”, - təqaüdçü izah edib.

Boris Georgiyeviçin sözlərinə görə, qonşular onu ərazidən çıxarmağa çalışırlar.

“Evi bitirəcəkdim, amma qonşum ərazimə girib dörd alma ağacını kəsdi. Çox əclaf var, mən su anbarı qazmağa başladım, üç metr torpağımı əlimdən aldılar. Qaraçılar gəlib məndən oğurlayırlar. Oh, oğurlamağa bir şey tapacaqlar. İndi də bəzən gəlirlər”, - o deyib.

Kişi özünü varlı adam adlandırır, qoşqusunun damına günəş panelləri quraşdırmağı xəyal edir və alkoqol asılılığından əziyyət çəkmədiyini iddia edir.

“Yalan danışmayacağam, içə bilərəm. Amma heç vaxt sərxoş olmamışam. Özümü ayıq saxlayıram”, - təqaüdçü vurğulayıb.
 


 

# 23466
avatar

Oxşar yazılar