Bu vasitə ilə paltaryuyan maşınınızı  təmizləməyin: alternativ üsul AÇIQLANDI
03 iyun 2026 11:57 (UTC +04:00)

Bu vasitə ilə paltaryuyan maşınınızı təmizləməyin: alternativ üsul AÇIQLANDI

0

Bəzi insanların paltaryuyan maşını təmizləmək üçün istifadə etdiyi geniş yayılmış bir ev üsulu əslində texnikanı sıradan çıxara bilər. Söhbət sirkə və qida sodasının qarışığından gedir. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu qarışığın paltaryuyan maşının təmizlənməsi üçün uyğun olmadığı qənaətinə gəliblər. Onların sözlərinə görə, sirkə və qida sodasının birlikdə istifadəsi metal hissələrə zərər verə bilər.

Ekspertlər vurğulayıb ki, qida sodası təkbaşına ərp, sabun qalıqları və çöküntüləri aradan qaldırmaq gücündə deyil. Sirkə isə yalnız çox miqdarda istifadə edildikdə qoxuları və mineral çöküntüləri müəyyən qədər aradan qaldırmağa kömək edir.

Ekspertlər bunun əvəzinə limon turşusundan istifadə etməyi tövsiyə edir. Limon turşusu sirkədən daha güclüdür və yağları, mineral çöküntüləri, eləcə də yuyucu vasitələrin qalıqlarını daha effektiv şəkildə həll edir. 

Paltaryuyan maşını aşağıdakı üsulla düzgün təmizləmək olar:

• Barabana 4 xörək qaşığı limon turşusu tozu əlavə edin; 

• Daha sonra uzun yuma proqramını seçin. 

Bu üsul maşını təmizləyir, dezinfeksiya edir və xoşagəlməz qoxuları aradan qaldırır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar