Kondisionersiz evi sərin  saxlamağın sadə yolları
12 iyun 2026 09:24 (UTC +04:00)

Kondisionersiz evi sərin saxlamağın sadə yolları

0

Yay istisində otağı sərinlətmək üçün hər kəs kondisionerdən istifadə edə bilmir. Buna görə də bir çox insan daha sərfəli və sadə üsullarla evdə rahatlığı artırmağa çalışır. İtaliyalılar və ispanlar isti havaların təsirini azaltmaq üçün su ilə doldurulmuş butulkalar, pəncərəyə asılan nəm parçalar və qalın pərdələr kimi sadə vasitələrdən istifadə edirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu üsullar kondisioneri tam əvəz etməsə də, düzgün havalandırma ilə birlikdə tətbiq olunduqda yay istisinin təsirlərini müəyyən qədər azalda bilər.

İspaniya və İtaliyada illərdir istifadə olunan ən sadə üsullardan biri su ilə doldurulmuş butulkanı pəncərə önünə və ya pəncərənin yaxınlığına qoymaqdır. İlk baxışda adi görünsə də, su istiliyi udmaq və toplamaq qabiliyyətinə görə ətraf mühitə nisbətən daha gec qızır. Bu səbəbdən mənzilin daha yavaş isinməsinə və temperaturun nisbətən sabit qalmasına kömək edir. Xüsusilə digər üsullarla birlikdə tətbiq edildikdə, bu metodun daha təsirli olduğu bildirilir.

Mütəxəssislər otaqların düzgün havalandırılmasının da böyük əhəmiyyət daşıdığını vurğulayırlar. Evləri səhər tezdən və ya axşam saatlarında, çöldə havanın daha sərin olduğu vaxtlarda havalandırmaq tövsiyə olunur. Gün ərzində isə isti havanın və günəş şüalarının içəri daxil olmasının qarşısını almaq üçün pəncərələri bağlı saxlamaq məsləhətdir.

Nəm parçalar

Məqalədə qeyd edilən digər sınaqdan çıxmış üsullardan biri açıq pəncərəyə nəm dəsmal və ya çarşaf asmaqdır. Suyun buxarlanması temperaturun aşağı düşməsinə kömək edir. Xüsusilə mənzildə yüngül hava axını olduqda bu üsul daha faydalı ola bilər. Bu üsul kondisionerə alternativ axtaran Cənubi Avropa ölkələrində geniş yayılıb.

Pəncərələrin kölgələndirilməsi

İstiliyin böyük hissəsi evə məhz pəncərələr vasitəsilə daxil olur. Buna görə də pəncərələrin düzgün şəkildə kölgələndirilməsi vacibdir. Jalüzlər, rulon pərdələr və qalın parça pərdələr günəş şüalarının bir hissəsini əks etdirərək otaq daxilində temperaturun daha aşağı səviyyədə qalmasına kömək edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar