Tualetdəki xoşagəlməz qoxunu  aradan qaldırmağın yolu
14 oktyabr 2024 17:10 (UTC +04:00)

Tualetdəki xoşagəlməz qoxunu aradan qaldırmağın yolu

Bir çoxumuz tualetdən gələn xoşagəlməz qoxudan şikayətçi oluruq. Ancaq bu problemi aradan qaldırmağın yolu var. 

Lent.az həmin yolları təqdim edir: 

Daimi profilaktik təmizlik

Tualeti gündə ən azı bir dəfə yusanız, xoşagəlməz qoxu problemi yaşamayacaqsınız. 

Qoxu bir anda hiss edilərsə

Bəzən olur ki, qonaqların gəldiyi vaxt anidən pis qoxu gəlir.  Məhz belə hallar üçün 15 dəqiqə ərzində qoxulardan xilas olmağa imkan verəcək sadə və sübut olunmuş üsul var.
Çirkli sahələrə bir qat soda tökün. On dəqiqədən sonra yerləri sirkə ilə təmizləyin, fırça ilə ovuşdurun və yenidən yuyun.

Qoxu uducular

Hava təravətləndiricilərinin olması məsləhətdir. Ancaq əvvəlcə xoşagəlməz qoxu zərərsizləşdirilməlidir. Yalnız tualetdə bir qab düyü, kömür və ya soda qoymaq lazımdır. Bu zaman təravətləndiricilərin təsiri daha nəzərə çarpacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14088
avatar

Sevinc Fərid

Oxşar yazılar