ARDNŞ partlayış xəbərini təkzib etdi - YENİLƏNİB
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda qəza baş verməsi barədə məlumatları təkzib edib.
«APA-ECONOMICS»ə şirkətdən verilən məlumata görə, zavodda partlayışın baş verməsi və burada ölən və yaralananların olması ilə bağlı yayılan məlumatlar doğru deyil. Şirkətin rəsmi açıqlamasına görə, BNEZ-in 55 saylı katalitik krekinq qurğusu sentyabrın 28-dən təmirə dayandırılıb.
«Təmir prosesində sistemdəki qaz boşaldılan zaman borunun içərisində olan kükürdlü birləşmələrin hava ilə təması nəticəsində bir qayda olaraq borunun ağzında yüngül partlayış görüntüsü yaranır. Odur ki, təmir zamanı yanğınsöndürən maşınların qurğunun yanında növbə çəkməsi texnoloji prosesin tərkib hissəsidir», - deyə məlumatda bildirilir.
Bununly yanaşı bildirilir ki, oktyabrın 1-də 55 saylı qurğunun məşəl xəttində siyirtmənin dəyişdirilməsi zamanı belə bir gurultu qeydə alınıb: «Buna baxmayaraq, ətraf mühitə və insanlara heç bir ziyan dəyməyib, yanğın baş verməyib. Qurğuda təmir işləri davam etdirilir».
***
01 Oktyabr 2012 13:58
Bakıda Heydər Əliyev adına Neft Emalı zavodunda qəza baş verib.
Bu barədə APA-ya Nizami rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün saat 13.30 radələrində meydana gəlib. Qaz borusuna yüksək təzyiqli qaz dolduğundan ani partlayış olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib. Hazırda yanğının qarşısını almaq məqsədi ilə tədbirlər davam etdirilir.
Polisdən, həmçinin bildirilib ki, hadisə zamanı ölən və yaralanan olmayıb.
***
Heydər Əliyev adına Neft Emalı zavodunda güclü partlayış olub, ölənlər, yaralananlar var. Bu barədə musavat.com-a hadisə yerində olan əməkdaşımız Röya Rəfiyeva məlumat verib.
Reportyorumuzun sözlərinə görə, hazırda o, zavodun önündədir, partlayışdan sonra əmələ gəlmiş yanğının lokallaşdırılması prosesi gedir, jurnalistləri içəriyə buraxmırlar, şəkil çəkməyə qoymurlar, təxliyə edilən fəhlələr yaxınlıqdakı parka daşınıb.
İlkin məlumata görə, partlayış zamanı 10-a yaxın adam ya ölüb, ya da ciddi xəsarət alıb.
Hazırda FHN-nin xilasediciləri və yanğınsöndürənləri hadisə yerində çalışırlar.
musavat.com

Oxşar yazılar

Azərbaycanda KƏRBƏLA FIRILDAĞI: pullarını alıb YOXA ÇIXDI
22 avqust 2025 , 16:06
Müğənniyə sui-qəsd İŞİ: AST Telmanın mühafizəçisi bəraət qazanır
22 avqust 2025 , 16:00
Bu il yanğınlarda 27 nəfər həlak olub, 93 nəfər xəsarət alıb
22 avqust 2025 , 15:11
İmişlidə bir nəfər kanalda batdı
22 avqust 2025 , 14:45
"Qəbirlər dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb" - Ermənilərin MƏHKƏMƏSİ
22 avqust 2025 , 14:37
Güzdəkdə boya zavodundakı yanğın tam söndürüldü - YENİLƏNİB
22 avqust 2025 , 14:27
Kartlardan pul oğurlayan 4 nəfər tutuldu
22 avqust 2025 , 13:33