FHN universitetdəki yanğınla bağlı məlumat yaydı
01 oktyabr 2012 18:37 (UTC +04:00)

FHN universitetdəki yanğınla bağlı məlumat yaydı

0
Bakının Nəsimi rayonu ərazisindəki Tibb Universitetinin tikintisi başa çatmamış 13 mərtəbəli Cərrahi klinika binasının 11-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər divar üzlüyü və taxta qəliblər 330 kv.m sahədə yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yuxarı mərtəbələrdə işləyən 10 nəfər fəhlə yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Xəsarət alan olmayıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1132

Oxşar yazılar