Üç piyadanı vuraraq qaçan sürücü tutuldu
01 oktyabr 2012 20:01 (UTC +04:00)

Üç piyadanı vuraraq qaçan sürücü tutuldu

0
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən saat 21:00 radələrində Gəncə şəhəri, Xətai prospektində yerləşən 7 nömrəli yaşayış binasının yaxınlığında naməlum avtomaşınla piyadalar - Əsgərova Urux Məcid qızı, Vəliyeva Vəfa Ramiz qızı və Vəliyeva Xatın Könül qızının vurulub. Nəticədə U. Əsgərova və V. Vəliyeva aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər, X. Vəliyeva isə xəstəxanaya aparılarkən yolda Təcili Tibbi Yardım maşınında keçinib.

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsinin 1982-ci il təvəllüdlü Gəncə şəhər sakini Bayramov Tural Məmməd oğlu tərəfindən onun idarə etdiyi “Mercedes Benz” 20-DB-396 dövlət qeydiyyat nişanlı avtomobillə törədildiyi müəyyən edilib və o, oktyabrın 1-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1386

Oxşar yazılar