Sürücü avtomobildə yandı
0
0
Oktyabrın 1-də Bərdə rayonu, Mirzalıbəyli kəndində (rayon mərkəzindən 3 km aralı) “VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ-2107” markalı avtomobilin mühərrik hissəsi yanıb, sürücüsü ölüb, 3 nəfər sərnişin xəsarət alıb. Yanğın yanğın bölmələri çatana kimi vətəndaşlar tərəfindən söndürülüb. Xəsarət alan şəxslər Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya aparılıb. Yanğınsöndürən-xilasedicilər sürücünün cəsədini müvafiq qaydada avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.