Elşad Abdullayevin qayınatasının evində axtarış aparıldı
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qayınatasının evində axtarış aparılıb. APA-nın məlumatına görə, bu gün prokurorluq əməkdaşları Hüseyn Əhmədovun yaşadığı evə baxış keçiriblər. Baxışın hansı məqsədlə keçirildiyi açıqlanmır.
Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.
Azərbaycanın baş prokuroru Zakir Qaralov ötən gün mətbuata verdiyi açıqlamasında həmin fakt üzrə cinayət işinin başlandığını və video çəkilişin aparıldığı ABU inzibati binasına baxış keçirildiyini bildirib. E. Abdullayev qanunsuz əməllərindən danışan Z. Qaralov bir sıra suallara aydınlıq gətirilməsi və G. Əhmədova ilə üzləşdirilməsi üçün onu Azərbaycana dəvət edib.
P.S. videomaterial youtube.com saytından götürülüb

Oxşar yazılar

Güzdəkdə zavoddakı yanğında 6 nəfər zəhərlənib - YENİLƏNİB
22 avqust 2025 , 17:10
Lənkəranda qadının üzərinə beton hasar aşdı - VİDEO
22 avqust 2025 , 17:07
Zaurun verilişinə çıxan əmisini məhkəməyə verdi - QƏRAR
22 avqust 2025 , 16:58
Azərbaycanda KƏRBƏLA FIRILDAĞI: pullarını alıb YOXA ÇIXDI
22 avqust 2025 , 16:06
Müğənniyə sui-qəsd İŞİ: AST Telmanın mühafizəçisi bəraət qazanır
22 avqust 2025 , 16:00
Bu il yanğınlarda 27 nəfər həlak olub, 93 nəfər xəsarət alıb
22 avqust 2025 , 15:11
İmişlidə bir nəfər kanalda batdı
22 avqust 2025 , 14:45