Prodüser: "Şou-biznes elə iyrənc yerdir ki.."
04 oktyabr 2012 06:57 (UTC +04:00)

Prodüser: "Şou-biznes elə iyrənc yerdir ki.."

Hazırda da Eldar Dolqatovla Sevinc Ağaşirinovanın konsertini təşkil etmək ərəfəsində yenə haqqımda mənfi fikirlər səsləndirməyə başlayıblar. Demək istəyirəm ki, ay binamuslar, biqeyrətlər sizin nəyinizi istifadə edib, pulunuzu verməmişəm? Qeyrətiniz varsa, gəlin sözünüzü üzümə deyin. Hər yeni layihəmdə çalışırlar ki, məni nüfuzdan salsınlar”. Bunu ANS PRESS-ə təşkilatçı-prodüser Samir Xattab deyib. O, bildirib ki, haqqında yayılan bu cür neqativ fikirlərə görə, hamıdan şübhələnir.

“Mənə danışılanlardan təxmin edirəm ki, bu, bir nəfərin işi deyil. Özümdən başqa hamıdan şübhələnirəm. Şou-biznes elə iyrənc yerdir ki, duz-çörək kəsdiyin insan arxanca danışır. Həmçinin, keçən dəfə dj Çinanın sosial şəbəkədəki şəxsi səhifəsinə təhdid mesajları göndərmişdilər. Ona demişdilər ki, Samirin tədbirinə qatılsan, sənin üçün yaxşı olmayacaq” - deyə, S.Xattab vurğulayıb.

Qeyd edək ki, təşkilatçı noyabr ayının 3-də Bakıda tanınmış müğənni Eldar Dolqatovun konsertini təşkil edəcək. Azərbaycan tamaşaçılarının qarşısına çıxacaq E.Dolqatov səhnədə azərbaycanlı həmkarı Sevinc Ağaşirinova ilə bərabər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1557

Oxşar yazılar

Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər

Ata-ana körpəni aclıqdan öldürdülər

23 avqust 2025 , 15:28
Bakıda evin pəncərəsini qırıb  külli miqdarda pul apardılar

Bakıda evin pəncərəsini qırıb külli miqdarda pul apardılar

23 avqust 2025 , 13:55
Tərtərdə 3 nəfər  yol qəzasında yaralandı

Tərtərdə 3 nəfər yol qəzasında yaralandı

23 avqust 2025 , 12:10