Xəlil Rza Ulutürk - "Milli müstəqilliyimizin mübariz şairi"
05 oktyabr 2012 05:49 (UTC +04:00)

Xəlil Rza Ulutürk - "Milli müstəqilliyimizin mübariz şairi"

0
Azərbaycan Respublikası Prezidentinin "Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 4 iyun tarixli Sərəncamının tələblərinə uyğun olaraq oktyabrın 9-da "Park INN" otelində XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi,xalq şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün anadan olmasının 80 illik yubileyinə həsr olunmuş "Milli müstəqilliyimizin mübariz şairi" mövzusunda “dəyirmi masa” keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Xəlil Rza Ulutürkün ailə üzvləri, Milli Məclisin üzvləri, elm və mədəniyyət xadimləri, ədəbiyyatşünaslar, teatrşünaslar, ədəbi tənqidçilər və yazıçıların iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1569

Oxşar yazılar