
Dubaydan ölkəmizə telefon gətirən şəxs saxlanılıb - FOTO
Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Pərviz Həmidov gömrük nəzarətindən “yaşıl” kanalla keçərkən, hərəkətləri şübhə doğurduğuna görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ona məxsus baqaja “Rapiscan-628” markalı X-Ray aparatı vasitəsi ilə baxış keçirilib. Baxış zamanı aparatın monitorunda mobil telefonlar və aksessuarların təsvirləri görünüb. Bundan sonra çamadana müvafiq qanunvericiliyə uyğun olaraq təkrar gömrük baxışı keçirilib. Nəticədə, çamadanın içərisindən P.Həmidovun şifahi, yazılı və elektron formada bəyan etmədiyi - 8 ədəd “Samsung Galaxy SIII” markalı mobil telefon, 40 ədəd “BlackBerry 9700” markalı mobil telefon üçün gövdələr, 10 ədəd üzərində “TwinMOS Ultra-X SD 66 X 2 GB”, 10 ədəd üzərində “SD HC Class 4 GB Apacer” və 10 ədəd üzərində “TwinMOS HC Class 8 GB” markalanma yazısı olan fotoaparatlar üçün yaddaş kartları və mobil telefon üçün 600 ədəd “Micro SD 2 GB” yaddaş kartı aşkar olunaraq, protokol əsasında götürülüb.
Oxşar yazılar

64 yaşlı kişi 18 yaşlı gənci maşınla vurub öldürdü
2 avqust 2025 , 10:51Məşhur aktrisanın keçmiş əri güllələndi
2 avqust 2025 , 10:40
Bakıda "Wolksvagen"in vurduğu qadın öldü
2 avqust 2025 , 10:33
Bakıda narkotik qəbul edən sürücü saxlanıldı
2 avqust 2025 , 09:43
Mingəçevirdə ağır qəza - Avtomobil yaşlı qadını vurub öldürdü
1 avqust 2025 , 22:04
Xətaidə avtomobil təmiri sexi yandı - VİDEO
1 avqust 2025 , 21:20
Oğru əvvəlcə çılpaq yatan qadına sataşdı, sonra pulqabısını götürüb qaçdı
1 avqust 2025 , 19:59