Samur-Abşeron kanalından naməlum qadın meyiti tapılıb
08 oktyabr 2012 05:10 (UTC +04:00)

Samur-Abşeron kanalından naməlum qadın meyiti tapılıb

0
Samur-Abşeron kanalının Quba rayonu Əliməmmədoba kəndi ərazisindən keçən hissəsində naməlum qadın meyiti tapılıb.

Quba rayon Polis İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, meyitin üzərində heç bir zorakılıq əlaməti olmayıb.

Keçirilən ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəxsiyyəti müəyyənləşməyib. İlkin ehtimallara görə, meyitin kanala düşməsi 4-7 gün əvvəl baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1581

Oxşar yazılar