Gülər Əhmədova prokurorluqda dindirilib
09 oktyabr 2012 18:00 (UTC +04:00)

Gülər Əhmədova prokurorluqda dindirilib

Bu gün Milli Məclisin sabiq deputatı Gülər Əhmədova Bakı şəhər Prokurorluğunda dindirilib. Lent.az-ın məlumatına görə, təxminən 3 saat ərzində G.Əhmədova müstəntiqin suallarını cavablandırıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a Gülər Əhmədovanın Bakı şəhər Prokurorluğunda dindirilməsi xəbərini təsdiqləyib.


Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev sentyabr ayında Gülər Əhmədovanın da görüntüləndiyi və səsinin olduğu video-kadrları internetdə yerləşdirib. Audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3647

Oxşar yazılar

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

24 avqust 2025 , 01:32
Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35