Aeroport yolunda zəncirvarı qəza: 5 avtomobil toqquşdu
15 oktyabr 2012 09:38 (UTC +04:00)

Aeroport yolunda zəncirvarı qəza: 5 avtomobil toqquşdu

0
Bu gün Bakıda zəncirvarı qəza olub. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev prospektinin Aeroport yolu kimi tanının hissəsində, Suraxanı rayonu ərazisində 5 avtomobil toqquşub.

Yolun hava limanına gedən zolağında baş verən qəzada “Mercedes”, “Hyundai”, “Chevrolet” və 2 “VAZ” markalı avtomobil əzilib. Qəzanın hansı avtomobilin törətdiyi hələlik məlum deyil. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Qəzadan sonra yolda müəyyən sıxlıq yaranıb. Əraziyə cəlb edilmiş yol polisləri çox keçmədən yolu açıblar.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3359

Oxşar yazılar