Tovuzda sərnişin avtobusu qəzaya düşdü: 43 yaşlı kişi öldü
15 oktyabr 2012 09:46 (UTC +04:00)

Tovuzda sərnişin avtobusu qəzaya düşdü: 43 yaşlı kişi öldü

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Düz Cırdaxan kəndində (rayon mərkəzindən 6 km aralı) "Mersedes" markalı sərnişin avtobusu ilə 1969-cu il təvəllüdlü Bayramov İlkin Sabir oğluna məxsus "Nissan Sanni" markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilin sahibi İ.Bayramov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Cəsəd yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1190

Oxşar yazılar